Iranın yüksək rütbəli ruhanisi bildirib ki, İranda həbsdə olan iki iranlı amerikalının televiziya müsahibəsi Biləşmiş Ştatların İslam Respublikasında destabilizə qəsdini bir daha sübut edib.
Əhməd Xatəmi bildirib ki, cümə axşamı İranda nümayiş etdirilən montaj olunmuş müsahibələr onun dediyi kimi iki ABŞ agentinin etiraflarıdır. Müsahibələr iki məhbus alimi İranda dinc inqilaba çalışmaqda günahlandıran sənədli filmin içində efirə verilib.
ABŞ dövlət departamenti bu iki məhbusla İran hökumətinin rəftarından dəhşətə gəldiyini bildirib.
Cümə axşamı göstərilən filmdə Vaşinqtonlu alim Halə İsfəndiyari İranda qadın hüquqları və demokratiya ilə vəziyyəti yaxşılaşdırmaq üçün şəbəkə yaratmaq istədiyini deyib.
İkinci məhbus - Corc Sorosun Açıq Cəmiyyət İnstitutunda şəhər planlaması üzrə araşdırmalar aparan Kiyan Tacbəxş öz təşkilatının İranda Qərb üslubunda demokratiya qurmaq istədiyini deyib