Pakistan dövlət televiziyasına qadın paltarında müsahibə verən ali ruhani Əbdül Əziz mühasirəyə alınmış məsciddə hələ də minə yaxın adamın olduğu haqda xəbərdarlıq verib. O, həmin paltarda dünən məsciddən qaçarkən ələ keçirilmişdi. Əbdül Əziz hesab edir ki, mühasirə olunmuş məsciddə qalan tələbələr təslim olmalıdırlar.
Bu gün səhər Pakistanın təhlükəsizlik qüvvələri əvvəlcədən xəbərdarlıq verərək, Lal Məscidinin divarına atəş açmış və gözyaşardıcı qazdan istifadə etmişlər. Bu həftə məsciddə baş verən toqquşmalar nəticəsində azı 16 adam qətlə yetirilib.