Avstraliyanın Brisbeyn şəhərində London və Qlazgoda həyata keçirilən bomba partlayışları ilə əlaqədar 8-ci şübhəli nəzarət altına alınıb. Rəsmilərin bildirdiyinə görə, 27 yaşlı hindistanlı həmin şəxs Avstraliyanı təkr etməyə cəhd edərkən ələ keçirilib. Hücumla bağlı daha bir şəxsin sorğu-suala çəkildiyi xəbər verilir. Onların hər ikisinin də həkim olduğu və İngiltərədə işlədiyi deyilir. Polisin bildirdiyinə görə, hazırda nəzarət altında olan səkkiz nəfərdən üçü həkimdir.