Accessibility links

Huqo Çaves Moskvadadır


Rəsmi səfərlə Moskvada olan Venesuela prezidenti Huqo Çaves ABŞ-ın siyasətini pisləyib, Sovet İttifaqının əsasını qoyan Vladimir Lenini tərifləyib. Venesuela lideri Birləmiş Ştatları imperializmdə ittiham edib və Leninin inqilabi ideyalarına qayıtmağa çağırıb. Huqo Çaves ABŞ hərbi qüvvələrinin İraqdan çıxarılmasnı tələb edib və deyib ki, İranın nüvə tenologiyaları inkişaf etdirmək hüququ var.

Venesuela prezidenti bu açıqlamaları Moskvada Cənubi Amerikada istiqlaliyyət uğrunda mübarizə aparmış Simon Bolivarın adını daşıyan mədəniyyət mərkəzinin açılışında çıxışı zamanı verib.

Bu gün Huqo Çaveslə Rusiya prezidenti Vladimir Putin arasında görüşdə mümkün silah sövdələşməsi, enerji və iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə edəcəyi gözlənilir. Kreml rəsmiləri danışıqların diqqət mərkəzində ticarət və iqtisadi əməkdaşqlıq məsələlərinin olacağını bildiribər.

Rusiya mətbuatı Çavesin səfərinin yüksək səviyyədə keçmədiyini yazaraq, parlamentin qanunvericilər qarşısında çıxış etmək üçün Venesuela liderini dəvət etməmək haqda qərar verdiyini qeyd edir.

XS
SM
MD
LG