Accessibility links

Taliban Kabildəki intiharçı hücumunun məsuliyyətini üzərinə götürüb


Kabildə intiharçının öz maşınını təhlükəsizlik konvoyuna çırpması nəticəsində bir amerikalı da daxil olmaqla iki xarici həlak olub.

Əfqan rəsmiləri 2 əfqan vətəndaşı da daxil olmaqla 8 adamın yaralandığını bildirir. Hədəf alınan zirehli maşın tamamilə məhv edilib.

Hücuma görə məsuliyyəti Taliban üzərinə götürüb.

NATO rəsmiləri hücumdan xəbərdar olduqlarını desələr də, qurbanların sayı barədə heç bir açıqlama verməyiblər.

Bu arada Taliban yaraqlıları keçən həftə şərqi Qəzni əyalətində oğurlanmış 17 əfqan minaaxtaranını azad ediblər.

XS
SM
MD
LG