Accessibility links

Sergey Mironov Polşada raket əleyhinə müdafiə qurğusunun Rusiya üçün təhlükə olduğunu deyir


NATO-nun rəhbəri və Rusiya parlamentinin spikerinin Birləşmiş Ştatların Avropada raket əleyhinə müdafiə sistemi qurmaq cəhdlərinə həsr olunmuş debatları kəskin mübahisə ilə nəticələnib.

Bu gün Rusiyanın Exo Moskvı radio stansiyası tərəfindən yayımlanan debatlar zamanı NATO baş katibi Yap de Hoop Şiffer Rusiyanın Polşada qəbuledici qurğuların quraşdırılmasından qorxması üçün heç bir əsas olmadığını deyib.

O deyib ki, sistem Şimali Koreya və İrandan potensial raket hücumunun qarşısını almaq üçündür və daha böyük nüvə potensialı olan Rusiyaya qarşı heç bir təhlükə daşımır. Rusiya parlamentinin yuxarı palatasının spikeri Sergey Mironov deyib ki, Rusiyanın sərhədləri yaxınlığında raketlərin yerləşdirilməsi onun təhlükəsizliyinə zərbədir.

Digər yüksək vəzifəli Rusiya rəsmisi bildirib ki, nəzəri cəhətdən, raketlər Rusiyanı da hədəf ala bilər. Birləşmiş Ştatların planına əsasən, Polşada 10 raket interseptoru, Çex Respublikasında isə radar qurğusu yerləşdirmək nəzərdə tutulur.

XS
SM
MD
LG