Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın ballistik raketlərinin ABŞ-ın Avropada raketlərdən müdafiə sisteminə bəraət qazandıracaq səviyyədə təhlükə törətmədiyinə dair ölkəsinin mövqeyini bir daha ifadə edib.
Cənab Lavrov bu açıqlamaları Tehranda Xəzəryanı dövlətlərin sammitində verib. Birləşmiş Ştatlar İran və Şimali Koreya kimi beynəlxalq qanunlara tabe olmayan dövlətlərdən gələn təhlükədən müdafiə olunmaq üçün Polşa və Çex Respublikasında raketlərdən müdafiə sistemini yerləşdirməyi planlaşdırır.
Rusiya ABŞ-ın planının əleyihnə çıxış edir. Bu ayın əvvəli Rusiya prezidenti Vladimir Putin Almaniyada Səkkizlərin sammiti çərçivəsində ABŞ prezidenti Corc Buşla görüşü zamanı Azərbaycanda sovet dövründən qalmış radar sistemindən birgə istifadəni təklif etmişdi.