Accessibility links

Boinq iri həcmli sifariş alıb


ABŞ təyyarə istehsalçısı Boinq dünyanın ən iri təyyarə kirayəçisinə 63 təyyarə vermək haqda müqavilə bağlayıb. ABŞ-da qərargahlanan Beynəlxalq Kirayə Maliyyə Korporasiyası 8.8 milyard dollar həcmində razılıq haqda bu gün Paris Təyyarə Şousunda açıqlama verib. Korporasiyanın rəhbəri deyir ki, şirkətdə Boinqin istehsal etdiyi 787 Drimlayner markalı təyyarələrə təlabat böyükdür. Şirkətə bu modellə bağlı indiyədək 50 sifariş verilib. Boinqin Avropalı rəqibi Airbus isə 40 milyard dollar həcmində sifariş aldığını açıqlayıb.
XS
SM
MD
LG