Accessibility links

Daha bir Serb generalı Haaqadakı tribunala təslim edilib


1990-cı illərdə Kosovoda insanlıq əleyhinə cinayətlərdə günahlandırılaraq axtarışda olan serb generalı həbs olunub və indi beynəlxalq tribunal qarşısına çıxarılmaq üçün Haaqaya aparılır.

Rəsmilər bildirir ki, Slobodan Miloşeviçin yaxın köməkçisi və daxili işlər nazirinin yardımçısı Vlastimir Corceviç bu gün Çernoqoriya polisi tərəfindən həbs olunub.

Həbsə Serbiya hüquq-mühafizə orqanları da yardımçı olub. Bu son ayda ikinci belə həbsdir. Iyunun birində bosniyalı general Zdravko Tolimirin həbsindən sonra Avropa Birliyi Belqradla üzvlük danışıqlarını bərpa edib.

XS
SM
MD
LG