Accessibility links

Türkiyə prezidenti referendum elan edib


Türkiyə prezidenti dövlət başçısının parlament və ya xalq tərəfindən seçilməsini müəyyənləşdirmək üçün referendum elan edib. Əhməd Necdət Sezər referendumun keçirilməsi barədə qərarı dünən parlament prezidentin ümumxalq səsverməsi ilə seçilməsini nəzərdə tutan konstitusiya dəyişikliyini təkrarən qəbul etdikdən sonra verib.

İlk parlament səsverməsindən sonra dəyişikliyə veto qoymuş cənab Sezər təkrar səsvermədən sonra ya layihəni imzası ilə təsdiqləməli, ya da referendum çağırmalı idi. Türkiyənin islamçı köklərə malik hakim Ədalət və İnkişaf Partiyası bu partiyanın namizədi Abdullah Gülün parlament tərəfindən prezident seçilməsi mümkün olmadıqdan sonra konstitusiya dəyişikliyi təklifi ilə çıxış edib.

XS
SM
MD
LG