Accessibility links

İran prezidenti BMT-nin hədələrindən qorxmadığını deyib


Iran prezidenti Mahmud Əhmədinejad bildirib ki, onun ölkəsi nüvə proqramına görə BMT-nin sanksiyalar tətbiq edəcəyi barədə hədələrdən qorxmur. Bu gün televiziya çıxışı zamanı o deyib ki, İran üçün BMT-nin sanksiyalar barədə qətnamələrinin heç bir qiyməti yoxdur.

BMT-nin Təhlükəsizlik Şurası artıq İrana nüvə proqramını dayandırmadığı üçün iki dəfə sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG