Accessibility links

Tikritdə intiharçı hücumu zamanı yeddi polis qətlə yetirilib


İraq polisi Tikrit şəhərində intiharçının partlayıcı maddələrlə dolu olan yük maşınını polis məntəqəsinə vurması nəticəsində yeddi polis nəfərinin öldüyünü, 35 nəfərin yaralandıığını bildirir. Bağdaddan 130 kilometr şimalda yerləşən Tikrit İraqın sabiq lideri Səddam Hüseynin doğma şəhəridir. Şənbə günü İraq hərbi qüvvələri bildirmişdi ki, intiharçı yük maşınını Bağdaddan cənubda yoxlama məntəqəsinə sürmüş, nəticədə 12 İraq əsgəri ölmüş, 30 nəfər yaralanmışdır. Dünən eyni zamanda paytaxtda polis yoxlama məntəqəsi yaxınlığında maşına yerləşdirilmiş bombanın partlaması dörd adamın ölümü, yeddi nəfərin yaralanması ilə nəticələnmişdir. ABŞ hərbi qüvvələrinin bildirdiyinə görə, İraqın cənubunda həbsxanaya hücum nəticəsində altı məhbus qətlə yetirilib, 50 adam yaralanıb.
XS
SM
MD
LG