Accessibility links

ABŞ, NATO və Avropa Birliyi Moldovada beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsini müzakirə edir


ABŞ Dövlət Departamentinin rəsmisi bildirib ki, Moldovaya beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi əsas silahlara nəzarət müqaviləsi ilə bağlı NATO ilə Rusiya arasında yaranmış mübahisəni çözməyə yardımçı ola bilər.

Dövlət departamentinin silahlara nəzarət məsələləri üzrə eksperti Pola De Satterin sözlərinə görə, beynəlxalq sülhməramlılar Moldovanın separatçı Dnestryanı regionunda yerləşmiş Rusiya qoşunlarını əvəzləyə bilər.

De Satter bu açıqlamanı Brüsseldə Avropa Birliyi və NATO rəsmiləri ilə bugünkü görüşündən sonra verib. O yeni beynəlxalq sülhməramlı tərkibə Rusiya hərbçilərinin də qatılmasının mümkün olduğunu deyib.

XS
SM
MD
LG