Accessibility links

İraqda çağırış məntəqələri yaraqlıların hədəfi olaraq qalır


İraq rəsmiləri Fəllucədə intiharçı hücumu nəticəsində azı 20 adamın öldüyünü bildirirlər. Rəsmilər hücumçunun ordu sıralarına yazılmaq üçün növbədə dayanmış insanlara yanaşdığını və bundan sonra üzərində partlayıcı qurğunu işə saldığını bildiriblər.

ABŞ hərbi qüvvələri ölənlərin sayının daha az olduğunu deyərək, bir İraq polisinin həlak olduğunu və səkkiz adamın yaralandığını bildirir. Bu arada, ABŞ hərbi qüvvələri bildirib ki, koalisiya qüvvələri Bağdadın şiələrin yaşadığı Sədr hissəsində və ölkənin digər yerlərində terrorçu olduğundan şübhəli bilinənb üç nəfəri saxlayıb. Hərbi qüvvələrin bildirdiyinə görə, dünən Bağdadda yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində bir Amerika əsgəri həlak olub. Pentaqon bu ay İraqda çox sayda Amerika əsgərinin həlak olmasını ABŞ-ın hərbi əməliyyatlarını gücləndirməsilə izah edir.

XS
SM
MD
LG