Accessibility links

Ukraynadakı siyasi kompromis Avropa İttifaqı tərəfindən alqışlanıb


Ukrayna prezidenti Viktor Yuşenko ilə baş nazir Viltor Yanukoviçin təhrikçiliyə son qoyulması və parlament seçkilərinin sentyabr ayının 30-da keçirilməsi barədə razılığı Avropa İttifaqı tərəfindən alqışlanıb. İttifaqın xarici siyasət şöbəsinin rəhbəri Haviyer Solana kompomisin hər iki tərəfin mənafeyinə xidmət etdiyini deyib. Xatırladaq ki, dünən prezidentin veb səhifəsində yayımlanan birgə bəyanatda deyilirdi ki, onlar parlamentin spikeri ilə bərabər çərşənbə axşamı və çərşənbə günləri parlamentin iclasının çağırılmasında razılığa gəliblər. Bunun məqsədi azad, şəffaf və demokratik seçkilərə hazırlıqdır. Razılıq prezident Yuşenko və baş nazir Yanukoviç arasında iki gün davam edən müzakirələrdən sonra əldə edilib.

XS
SM
MD
LG