Accessibility links

Həmas raket hücumlarını davam etdirir


İsrailin baş nazirinin raket hücumlarının uzun müddət davam edəcəyi barədə xəbərdarlığından bir gün sonra Fələstin yaraqlıları Qəzza Zolağından İsrailin cənuibuna azı 7 raket atmışlar. İsrail rəsmilərinin kütləvi qısas təhdidləri və Fələstinin mötədil prezidenti Mahmud Abbasın atəşkəsin bərpa edilməsi çağırışlarına baxmayaraq, Həmas yaraqlıları raket hücumlarını davam edirlər.

Associated Pressin məlumatında deyilir ki, İsrail hərbi qüvvələri Fələstin yaraqlılarına qarşı qurudan əməliyyatların genişləndirilməsinə göstəriş verib. İsrailin Həmas yaraqlılarına qarşı bir həftədən çox davam edən hava hücumları nəticəsində Qəzzada 50-yə yaxın fələstinlinin qətlə yetitildiyi, lakin bunlara baxmayaraq Həmasın ratet hücumlarının davam etdiyi bildirilir.

İsrailin baş naziri Ehud Olmertin sözçüsü Miri Eisen İsrailin Həmas liderlərini hədəf aldığını deməsə də, İsrailə hücum edənlərə bunun baha başa gələcəyini bildirib. Liderlərinin hədəf alınmamasını tələb edən Həmas Qəzzada Fələstin yaraqlılarının əlində olan İsrail əsgərlərinin qətlə yetirəcəcəyi barədə xəbərdarlıq verib.

XS
SM
MD
LG