Accessibility links

Jurnalist "Amerikanın səsi"nə müsahibə verdiyinə görə təhdid olunub


İran Azərbaycanında etiraz dalğası səngisə də təzyiqlər səngimir. Mayın 22-də Qərbi Azərbaycan vilayətinin şəhərlərində baş verənlər barədə Amerikanın səsinə məlumat verən jurnalist İsmayıl Cavadi ertəsi gün yerli Ettelaat idarəsinə çağırılıb. Orada xarici radiolara məlumat ötürmənin qadağan olduğunu jurnalistin nəzərinə çatdırıblar. Cavadi öz növbəsində bu qadağanın heç bir hüquqi əsası olmadığını söyləyib və bir daha xarici tele-radio kanallarına müsahibə verməyəcəyi barədə yazılı iltizam verməkdən imtina edib. Amerikanın səsinə bu təhdidlər barədə məlumat verən Cavadi bundan sonra da bölgədən məlumat vermək əzmində olduğunu bildirib.

XS
SM
MD
LG