Accessibility links

Nazarbayevin kürəkəni insan oğurluğunda günahlandırılır


Qazağıstan prezidenti Nursultan Nazarbayevin kürəkəni Rahat Əliyevə qarşı insan oğurluğu ittihamı irəli sürülüb. Qazağıstan rəsmilərinin dediyinə görə, Rahat Əliyevin yanvar ayında Qazağıstanın “Nurbank” bankının iki rəsmisinin oğurlanmasında əli olduğundan şübhələnilir.

Nazarbayevin böyük qızı Dariqa ilə evli olan Rahat Əliyev hökumətin siyasətinə qarşı çıxış etdiyi üçün son zamanlar prezidentlə münasibətləri gərgin idi.

XS
SM
MD
LG