Fələstinin Nəhr Əl-Bared qaçqın düşərgəsində islamçı yaraqlılarla Livan qüvvələri arasındakı döyüşlər artıq ikinci gündür davam edir. Bugünkü döyüşlər nəticəsində 9 fələstinlinin öldürüldüyü bildirilir. Livan qüvvələri Tripoli yaxınlığındakı həmin düşərgədə Fəth Əl-İslam qrupunun yaraqlılarına qarşı tanklar və arteleriya silahları ilə hücuma keçiblər. Rəsmilərin bildirdiyinə görə, dünəndən bəri mülki vətəndaşlar da daxil edilməklə, 27 əsgər, 17 yaraqlı ilə birlikdə 50 adam öldürülüb. ABŞ Dövlət Departamentinin sözçüsü Şan Makkormak Livan qüvvələrinin qanuni əsasda zorakı ekstremistlərə qarşı mübarizə apardığını bildirib.