Accessibility links

Təbriz, Sulduz, Ərdəbil, Urmiyə: İran Azərbaycanı kütləvi nümayişlərə hazırlaşır


Təbriz millət vəkili 2006-cı ilin May qırğınlarına görə hökumətdən cavab istəyir

Mayın 15-də İran parlamentində çıxış edən Təbriz millət vekili Dr. Əkbər Ələmi daxili işlər naziri Mustafa Purməhəmmədinin ötən il May ayında İranın Azərbaycan şəhərlərində baş verən etirazların susdurulması zamanı aşırı gücün tətbiq edilməsi və bir neçə dinc nümayişçinin öldürülməsi ilə bağlı daxili işlər naziri Mustafa Purməhəmmədinin parlamentdə hesabat verməsi tələbinə hələ cavab gəlməməsindən şikayət edib. O, bu sorğuya nazirin 1 ay müddətində cavab verməli olduğunu deyib və bu qaydanı pozduğu üçün Məclisin ona xəbərdarlıq verməsini tələb edib.

İSNA Tələbə xəbərlər agentliyinin yaydığı xəbərə əsasən, cənab Ələmi ona bu sorğunu geri gptürməsi üçün təzyiqlər olduğunu deyib. İLNA Fəhlə xəbər agentliyi isə bildirir ki, millət vəkilinin sorğusunda dövlət məmurlarının dinc aksiyanı qanlı olaylara çevirməsi barədə ittiham əksini tapıb. Ələmi verdiyi sorğuda Tebriz, Urmiye, Nəqədeh, Meshkinsher və başqa şəhərlərdə millə atesh achan və onlara emir verenlerin, eləcə də Məclisin razılığı olmadan fövqəladə durum elan edənlərin muhakimə olmalarini tələb edib.

Təbrizdə həbslər davam edir

Təbriz millət vəkili bir il öncə baş verən qanlı olayların və qanunsuz həbslərin günahkarları üçün cəza tələb etdiyi zaman İran Azərbaycanında milli hüquqlar uğrunda mübarizə edənlərin həbsi davam edir. ASMEK məlumat verir ki, Təbrizdə mayın 8-də həbs olunub 3 gün sonra azadlığa buraxılan Fərrux Haşımzadə mayın 15-də təkrar həbs edilib. Haşımzadənin dukanından çağırış vərəqələrinin tapıldığı bildirilir.

Ötən həftə Ettelaat məmurları tərəfindən saxlanılan fəallar Huseyn Nəsiri ve Əmrulla Huseyniyan hələ də həbsdədirlər, onlara qarşı rəsmi ittiham irəli sürülməyib. Təbrizdə tutulanlar arasinda 22 yaşlı fəal Fərəc Nuri, onun kiçik qardashi 15 yaşlı məktəb tələbəsi İbrahim Nuri, kitab satıcısı Riza Xəzrinin də olduğu soylənilir.

ADAPP (Azərbaycanlı siyasi məhbusları müdafiə assosiasiyası) məlumat verir ki, Təbrizli fəal Əmir Abbas Bənaye Kazımi də 2007-ci il mayın 14-də həbs olunub. Onun evinə gələn üç ettelaat məmuru Əmir Abbas Kazımiyə bütün azərbaycanca olan kitablarını və evdəki CD-ləri toplamaq əmri verilib. Evdə olan bütün qutular dolduqdan sonra kitab və kağızları evdəki mələfələrin arasına toplamaqda davam ediblər. Kazıminin valideynlərinin şəxsi əşyaları və paltarları da yoxlanılıb.

22 Mayda nümayişlər keçiriləcək

Mayın 22-də, İran Azərbaycanının bir sıra şəhərlərində aksiyaların keçirilməsi gözlənilir. Bu mitinqlərlə bağlı yayılan çağırış vərəqələrində Təbriz şəhərində axşam saat 4-də Rasta küçədə, Urmiyədə saat 4.30-da Ətayi küçəsində, Ərdəbildə 4.30-da Şəriəti meydanında mitinqlərin keçiriləcəyi bildirilir. İran Azərbaycanının bütün şəhərlərində etiraz aksiyalarını əngəlləmək məqsədilə təhlükəsizlik, daxili işlər və ordu qüvvələrinin cəmləşdirildiyi bildirilir.

Qərbi Azərbaycanda onlarla fəal həbs olunub

Aksiya günü yaxinlaşdıqca Urmiyə şəhərində də həbslərin çoxaldığı bildirilir. ASMEK son günlərdə bu şəhərdə 25 milli fəalın tutulduğunu dəqiqləşdirib. Ettelaat qüvvələri Urmiyənin Bazarbaşı və Hüseynabad məhəllələrində çayxanalarda reyd keçirərək, oradakı müştərilərin ciblərini axtarib. Üzərində mitinqə çağırış vərəqəsi tapılan bir neçə nəfər saxlanılıb. Urmiyədə həbs olunanlar arasında «Koroğlu» reklam müəssisəsinin direktoru, tanınmış milli fəal Eyvaz Təhami də var. Mayın 15-də saxlanılan E.Təhami ötən ilin may hadisələrinin ildönümünə həsr olunmuş vərəqələr çap etməkdə günahlandırılır. Həmin vərəqələrdə şəhər əhalisi ildönümü ilə əlaqədar keçiriləcək aksiyalarda aktiv iştiraka çağırılıb.

Son məlumatlara görə, E.Təhami hazırda ETTELAAT-ın Urmiyə idarəsində saxlanılır. Mayın 16-da Səid Nəsiri, Bağır Əhmədiyan və Vəhid Bahadori vərəqə payladıqları zaman həbs olunublar. Milli hüquqlar uğrunda hərəkatın fəalı İrəc Mollapərsazər və onun qardaşı Turəc də həbs olunublar. Bank işçisi olan İrəc Mollapərsazəri Ettelaat məmurları elə iş yerindən aparıblar. Həbs olunanların ailələrinə beynəlxalq qurumlara və mediaya xəbər verməmələri üçün təzyiqlər var. Sulduzda onlarla fəalın həbs olunduğu bidlirilir. Məhbuslar arasında azərbaycan dili müəllimi Mirəli Rzayi də var.

Ərdəbilli fəal Mehdi Məhəmmədpuru yenidən həbs ediblər

Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının rəhbəri Faxtə Zamaninin Amerikanın səsinə verdiyi məlumata görə, bu gün səhər Ərdəbilli hərəkat lideri Abbas Lisaninin bacısı oğlu Mehdi Məhəmmədpur yenidən Ettelaat məmurlaı tərəfindən saxlanılıb. Xatırladaq ki, cənab Məhəmmədpur ötən həftə də 3 günlük həbs olunmuş və orada ağır işgəncələrə məruz qalmışdı. Ona dayısı Abbas Lisaninin təsiri altında olmaq və mitinqlərə çağırışlar barədə şifahi ittiham verilib.

Abbas Lisaninin məhkəməsi keçirilib

Mayın 17-də isə Abbas Lisaninin özü məxfi şəkildə və silahlı şəxslərin müşayiəti ilə Təbrizə aparılıb. Orada onun 2005-ci ildə Babək qalasına yürüşlə bağlı aldığı 1 illik həbs hökmündən apellyasiya şikayətinə baxılıb. Hələ ki hakim hökmü elan etməyib.

İran Azərbaycanının bütün şəhərlərində etiraz aksiyalarını əngəlləmək məqsədilə təhlükəsizlik, daxili işlər və ordu qüvvələrinin cəmləşdirildiyi bildirilir.

XS
SM
MD
LG