Accessibility links

İraqda hücum zamanı 45 adam ölüb


Polisin verdiyi məlumata görə, İraqın şimalında intihraçının Kürdüstan Demokratik partiyasının ofisinə hücumu nəticəsində 45 adam həlak olub, onlarla adam yaralanıb. Rəsmilərin bildirdiyinə görə, Maxmur şəhərində həyata keçirilmiş bomba hücumu zamanı yaralananlar arasında şəhərin meri də olub. Bağdadda maşına yerləşdirilmiş bombanın partlaması 11 adamın ölümü, 40-ya yaxın adamın yaralanması ilə nəticələnib. Bu arada, Əl-Qaidə ilə əlaqəsi olan “İraqda İslam dövləti” qrup şənbə günü dörd Amerika əsgəri və bir iraqlı tərcüməçinin ölümülə nəticələnmiş hücum zamanı bir neçə ABŞ əsgərini ələ keçirdiyini bildirir. Qrupun bu haqda İnternetdə yerləşdirdiyi məlumat müstəqil mənbələr tərəfindən təsdiq edilməyib. ABŞ hərbi qüvvələrinin minlərlə əsgəri Bağdaddan cənubda Mahmudiyyə şəhəri yaxınlığında itkin düşmüş üç Amerika əsgərini axtarır.
XS
SM
MD
LG