Accessibility links

Toni Bleyer istefa verəcəyini bildirib


Britaniyanın baş naziri Toni Bleyer 10 il Britaniynın Leyborist Partisyasının lideri və baş nazir vəzisəfini icra etdikdən sonra iyunun 27-də istefa verəcəyini elan edib. Cənab Bleyer bunu seçildiyi dairədə Leyborist Partiyasnın tərəfdarları ilə görüşü zamanı deyib.

Baş nazir vəzifəsinə əsas namizəd olan maliyyə naziri Qordon Braun Toni Bleyerin rəhbərliyini çox yüksək qiymətlənidirib. Cənab Bleyer Britaniyada 20 il sürən mühafizəkar idarəçilikdən sonra 1997-ci ildə baş nazir olmuşdu. Onun Britaniya iqtisadiyyatının dirçəlməsi və Leyborist Partiyasına seçkilərdə üç dəfə qələbə qazanması kimi xüsusi rolu qeyd edilir. Lakin İraq müharibəsi cənab Bleyerin populyarlığının aşağı düşməsinə səbəb olmuşdur.

XS
SM
MD
LG