Amerika Birləşmiş Ştatlrının vitse-prezidenti Dik Çeyni bildirib ki, İraq liderləri iqtisadi, siyasi və təhlükəsizliklə bağlı məqsədlərə çatmağın vacibliyini daha ciddi şəkildə anladığını ifadə edir.
İraqa elan olunmamış səfəri çərçivəsində vitse-prezident baş nazir Nuri Əl Maliki, eləcə də digər İraq və ABŞ və İraq rəsmiləri ilə görüşlər keçirib. Bir həftəlik səfəri zamanı ABŞ-ın vitse-prezidenti Birləşmiş ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir və İordaniyada olacaq.
Dik Çeyninin İraqda olğudu müddət ərzində ciddi mühafizə olunan Yaşıl Zonada böyük partlayış olub. Vitse prezidentin sözçüsü partlayışın səfərin gedişinə maneə törətmədiyini bildirib.
Ərbil şəhərində yük maşınına yerləşdirilmiş bomba partlayışı 14 adamın həlak olması, 70 nəfərin yaralanmasına səbəb olub. Kərkük şəhərində isə silahlı şəxslər tərəfindən 4 jurnalist qətlə yetirilib.
ABŞ hərbçiləri bildirib ki, İraqda bu ilin əvvəlində həbs olunmuş İran vətəndaşlarının ailə üzvləri onları ziyarət edə bilərlər. İran İslam Keşikçilərinə aid beş nəfərin İraqda yaraqlıları dəstəklədiyi bildirilir. İran isə bu ittihamları rədd edir.