Accessibility links

İrandan silah gətirməkdə şübhəli bilinən dörd adam İraqda həbs edilib


İraqdakı ABŞ hərbçiləri İrandan gətirilən müasir silahlardan istifadə edən terror şəbəkəsinə aidiyyəti olmaqda şübghəli bilinən 4 nəfəri həbs etdiklərini bildirirlər. Onlar Bağdadın Sədşəhr qəsəbəsində yaxalanıb.

Hərbçilərin məlumatına görə, terror şəbəkəsi İrandan İraqa silah və yolkənatrında yerləşdirilmək üçün qəlpə partlayıcılı bombalar gətirməkdə şübhəli bilinir. Daha öncə ordu rəsmiləri Ənbar vilayətində əməliyyatlar zamanı 3 dəniz piyadası əsgərinin həlak olduğunu bildiriblər.

Daha əvvəl ABŞ hərbçiləri koalisiya qüvvələrinin Mosul, Bağdad, Ramadi yaxınlığında və Salman Pakda 9 terror şübhəlisinin saxlandığını xəbər vermişdi.

Bu arada bir ABŞ ordu zabiti Birləşmiş Ştatların İraqda ehtimalən məğlubiyyətə düçar olduğunu bildirərək bunda Amerika generallarını günahlandırıb. Polkovnik Leytenant Pol Yinqlinq bu gün Hərbi Qüvvələr jurnalında dərc etdirdiyi köşə yazısında generalların düşmənin gücünü lazımınca qiymətləndirə bilmədiyini və ordu rəhbərliyinin Konqress və ictimaiyyəti münaqişənin dəqiq vəziyyəti barədə məlumatlandırmadığını bildirib. ABŞ ordusunun sözçüsü yazılanların cənab Yinqlinqin şəxsi mövqeyi olduğunu deyib.

XS
SM
MD
LG