Accessibility links

Pakistanda nümayişlər davam edir


Bu gün Pakistanın bir neçə şəhərində hüquqşünaslar və müxalifət tərəfdarlarının iştirakı ilə aksiyalar təşkil edilib. Aksiya iştitakçıları vəzifəsindən kənarlaşdırılan baş prokurora dəstək nümayiş etdiriblər. Əllərində bayraqlar dalğalandıran nümayişçilər hökumət əleyhinə şüarlar səsləndiriblər. Qeyd edək ki, aksiyalar İftixar Çaudrunun vəzifəsindən sui-istifadə ittihamları ilə məhkəmədə dördüncü dinləmələr keçirilən vaxt təşkil edilib. Qiyam polisi aksiyaya müdaxilə etməyib. Nümayişlər Lahor, Kəraçi və digər şəhərlərdə də təşkil edilib.

XS
SM
MD
LG