Accessibility links

Dünyanın məşhur violonçelisti yenə də xəstəxanaya aparılıb


Keçən ay 80 illik yubileyini qeyd edən dünyanın məşhur violonçelisti və dirijoru Mstislav Rostropoviç bu il ikinci dəfədir ki, Moksvada xəstəxanaya aparılır. Rastropoviçin sözçüsu bu gün bildirb ki, violonçelist hal-hazırda adi qaydada müalicə olunur.

Fevral ayında xəstəxanaya düşən zaman Rusiyanın xəbər mediyası violonçelistin xərçəng xəstəliyindən müalicə olunduğunu yazmışdı. Həmin vaxt Rusiya prezidenti Valdimir Putin Rostropoviçə xəstəxanada qeyri-adı musiqi ifaçılığına görə medal təqdim etmişdi.

Mstislav Rostrapoviç və onun həyat yoldaşı Qalina Vişnevskaya hələ 1974-cü ildə Sovet İtatifaqı dövründə siyasi təqiblərlə qarşılaşaraq, Rusiyanı tərk etmişdilər.

XS
SM
MD
LG