Accessibility links

Ukraynada siyasi böhran davam edir


Ukrayna prezidenti Viktor Yuşenko ölkənin baş nazirinə bir daha siyasi böhrandan çıxış yolunun yeni parlament seçkiləri olduğunu deyib. Ukrayna prezidenti bunu Kiyevdə baş nazir Viktor Yanukoviçlə görüşü zamanı deyib. Bununla yanaşı Kiyevin Azadlıq Meydanında Yanukoviç tərəfdarları prezidentin yeni seçkilər və parlamentin buraxılması qərarına etiraz olaraq aksiya keçirir. Sabah Ukraynanın ali məhkəməsi prezidentin qərarının leqallığı ilə bağlı dinləmələrə başlayır. 18 hakimdən beşi təzyiqlərə məruz qaldığını bildrərək, hökumətdən təhlükəsizliklərinin təminatı üçün əlavə ölçülər götürülməsini tələb edir.

XS
SM
MD
LG