Accessibility links

Prezident Buş Demokratları məsuliyyət nümayiş etdirməyə çağırıb


Prezident Buş deyib ki, Konrqesdə Demokrat liderlərin İraq və Əfqanstanda ABŞ hərbi qüvvələrinin maliyyələşdirilməsi haqda qanunu gecikdirməsi məsuliyyətisizlikdir. Prezident Buş Konqresin İraq müharibəsinin maliyyələşdirilməsilə bağlı qanun layihəsini təsdiq etməsinə çalışır. Corc Buş ABŞ hərbi qüvvələrinin İraqdan çıxarılması üçün vaxt müəyyən edilməsini nəzərdə tutan qanun layihəsinə veto qoyacağı vədini bir daha dilə gətirib. O, deyib ki, İraqa gəldikdə indi geri çəkilmək vaxtı deyil. Prezident Buş deyib ki, hərbi qüvvələrin çıxarılmasına dair qərar verməkdən öncə Bağdadın təhlükəsizliyinə dair yeni təhlükəsizlik planının işdə təsirli olması üçün gözləmək lazımdır.
XS
SM
MD
LG