ABŞ Ali Məhkəməsi federal məhkəmədə işlərinə baxılmasını istəyən Quantanamo məhbuslarının appelyasiya müraciətinə baxmaqdan imtina edib. 6-3 səs nisbətində Ali Məhkəmə anti-terror qanunlarının konstitutsionallığını müzakirə etməyə yox cavabı verib. Həmin qanun Quantanamo məhbsularının işinə federal hakim tərəfindən baxılmasını nəzərdə tutmur. Konqres bu qanunu ötən ilin Oktyrabında Ali Məhkəmənin əvvəlki hərbi tribunal qaydalaarını rədd etməsindən sonra təsdiq edib.