Accessibility links

Prezident Buş Brazilya lideri ilə görüşür


Prezident Buş bu gün Kemp Deviddəki iqamətqahında Brazilyanın prezidenti Luiz İnacio da Silva ilə görüşür. İki liderin ticrət və enerji məsələlərini müzakirə edəckləri gözlənilir. Bu ayın əvvəllərində Corc Buşun Braziliyaya səfəri zamanı iki lider beynəlxalq sahədə ethanoldan alternativ enerji mənbəi kimi istifadə olunması barədə əməkdaşlıq qərarına gəliblər. Ancaq cənab De Silva Vaşinqton Post qəzetində dərc olunan məqaləsində yazıb ki, ABŞ Brazilyadan ethanol idxalına tətbiq etdiyi tarifləri ləğv etmədiyi müddətdə alternativ yanacaq geniş yayılmayacaq.
XS
SM
MD
LG