Accessibility links

Misirdə referendum keçirilib


Misirdə hakim partiyanın səlahiyyətlərini artıran konstitusiya dəyişiklikləri üzrə referendumda seçici fəallığı müşahidə olunmayıb.

Müxalifət referendumu bokot etməyə çağırıb. Amerikanın səsinin müxbirləri seçki məntəqələrinə çox az adamın gəldiyini müşahidə edib.

Misir prezidenti Hüsni Mübarək və onun hakim Milli Demokrat partiyası dəyişikliklərin demokratiyanı qurmağa və terrora qarşı mübarizə aparmağa yardımçı olacağını deyir. 34 dəyişiklik hökumətə təhlükəsizliklə bağlı aşırı səlahiyyətlər verir və seçkilərin monitorinqində hakimlərin rolunu azaldır. Təkliflər keçərsə dini qruplar siyasi partiya yaratmaq hüququndan da məhrum olacaq. Addımın Müsəlman Qardaşlığı qrupuna qarşı yönəldiyi deyilir.

XS
SM
MD
LG