Accessibility links

ABŞ İrandan Hindistana qaz kəməri çəkilməsinin əleyhinədir


ABŞ-ın energetika naziri deyib ki, o, Hindistan rəsmilərinə Vaşinbqtonun İrandan Hindistana təbii qaz kəməri çəkilməsinə qarşı olduğunu bildirib. Hindistana üç günlük səfərinin sonunda müxbirlərlə danışan Samuel Bodman deyib ki, Vaşinqton bu layihənin əleyhinədir, belə ki, o, İrana nüvə silahları istehsal etmək imknaı verə bilər. O, ABŞ narahatlıqlarını Hindistan hökumətinin ən ali səviyyələrində müzakirə etdiyini deyib. Hazırda İran, Hindistan və Pakistan 2600 kilometr uzunluğunda 8 milyard dollarlıq qaz boru kəməri çəkilişi üzərində danışıqlar aparırlar.
XS
SM
MD
LG