Accessibility links

İran prezidenti Təhlükəsizlik Şurasının iclasında çıxış etmək niyyətindədir


İran rəsmiləri bilriblər ki, prezident Mahmud Əhmədiejad ölkəsinin nüvə ambisiyalarını izah etmək üçün BMT-nin Təhlükəsizlik Şurasının iclasında iştirak etmək niyyətindədir. Dövlət televiziyasında verilmiş məlumata əsasən, Mahmud Əhməədinejad 15 üzvü olan Təhlükəsizlik Şurası qarşısında “İranın dinc məqsədli nüvə proqramı” adlı hesabatı təqdim etmək istəyir. Bu açıqlama Təhlükəsizlik Şurasının beş daimi və Almaniyanın uranın zənginləşdirilməsi proqramını dayandırmaqdan imtina etdiyi üçün Tehrana qarşı yeni sanksiyaları nəzərdən keçirdiyi vaxta təsadüf edir. Şura dekabr ayında İrana qarşı məhdud sanksiyalar tətbiq etmişdi.
XS
SM
MD
LG