Martın 1-də keçirilən talk shounun mövzusu Azərbaycanda gərginliklə izlənilən məhkəmə prosesləri və siyasi məhbuslar problemidir. Bu mövzuda müzakirəni Vaşinqtondan, Amerikanın Səsinin studiyasından hüquq müdafiəçisi Murad Sadəddinov və Bakıdan canlı telefon bağlantısı vasitəsilə Yeni Azərbaycan Partiyası icraçı katibinin müavini Mübariz Qurbanlı iştirak ediblər.
Amerikanın Səsinin Bakıdakı müxbiri Tapdıq Fərhadoğlu da son zamanlar keçmiş səhiyyə naziri Əli İnsanovun məhkəməsinin müstəqil və müxalifət jurnalistləri üçün qapalı keçməsi ilə bağlı məlumat verir.
Söhbəti audio-formatda dinləyin.