İraqın təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, bu gün Bağdadda iki maşın partlayışı nəticəsində 10 adam həlak olub, bir neçə insan yaralanıb. Rəsmilər ilk partlayışın pyataxtın cənub bölgəsində baş verdiyini və 5 adamın ölümü ilə nəticələndiyini deyirlər. Bağdadın Taci şimal qəsəbəsində yük maşınının patlayışı 5 adamın ölümünə yol açıb. Patlayışdan sonra bir neçə adamın tüstüdən zəhərləndiyi bildirilir. Partlayışın səbəbi hələ aydın deyil.