Accessibility links

İran İslam İnqilabı: 28 illik münaqişə


1979-cu ilin fevral ayının 11-i İranda inqilab baş verdi. Həmin il bir qrup gənc inqilabçı tərəfindən Amerikanın Tehrandakı səfirliyi ələ keçirildi, səfirlik işçiləri girov götürüldü. O vaxtdan bəri ölkələr arasında düşmənçiliyin təməli qoyuldu.

Eyni hadisəyə müxtəlif tərəflərdən baxdıqda İranla qərb, məxsusən Amerika ilə İranın inqilaba baxışları arasında kəskin fərq özünü büruzə verir. İranlılar üçün bu, avtoritar monarx, Amerikanın hərbi və maddi dəstəyi ilə ölkəni idarə edən şah hakimiyyətinin süqutu, Ayatolla Xomeyninin başçılıq etdiyi dindar hökumətin vüsəti deməkdir.

İnqilab dedikdə ilk öncə Amerika Birləşmiş Ştatlarının gözü qarşısına ABŞ-ın Tehrandakı səfirliyinin ələ keçirilməsicanlanır. Xatırladaq ki, 1979-cu ilin noyabr ayında səfirlik işçiləri ələ keçirilmiş, 444 girov saxlanmışdı.

Qari Tik girov böhranı və inqilab vaxtı Milli təhlükəslzik Şurasının əməkdaşı idi. Onun dediyinə görə, Amerika üçün bu, islam fundamentalizmi ilə sarsıdıcı bir tanışlıq idi: “Bu, ilk böhran idi. Gündəlik həyatımızda biz televiziya ekranlarında səfirlik qarşısında Amerikaya ölüm şüarları səsləndirən, beynəlxalq qanunlara məhəl qoymaq istəməyən fanatikləri görürdük. Bunlar bir çox amerikalıda İranın imicini formalaşdırdı.”

Bir ildən az bir müddət ərzində İraq İrana hücum etdi. Müharibə 8 il davam etdi. O zaman Amerika Səddam Hüseynə dəstək verdi. Gari Tik deyir ki, İran-İraq müharibəsi inqilabın istiqamətini dəyişdi: “İnqilab çox maraqlı dönüşlərlə üzləşdi. 1980-ci illərin əvvəlləri qətiyyət və ehkam dövrü oldu. Səddam Hüseynin İrana hücumu inqilaba maraqları azaldıb, İranda millətçilik əhval-ruhiyyəsini gücləndirdi. İran özünü daha çox milli maraqlarına üstünlük verib, müharibə edən adi bir ölkə kimi apardı.”

Mərkəzi kəşfiyyat Idarəsinin Yaxın Şərq üzrə sabiq təhlilçisi Pol Pillar bu yaxınlarda İranla bağlı müzkirələrin iştitakçısı olub. Uzunmüddətli və qanlı müharibə İranda Səddam Hüseyndən sonrakı dövrə marağı daha da artırır: “İranın İraqa böyük marağı təəccüb doğurmur. Bu, Səddam Hüseynin hücumuna məruz qalan və yüz minlərlə iranlının ölümü ilə nəticələnən müharibə tərəfədir.”

İndi isə İran Amerikanın başçılığı ilə Qərbin onun nüvə proqramlarına qarşı təzyiqləri altındadır. Lakin İran prezidenti Mahmud Əhmədinejad İranla Amerika arasındakı gərginliyin azaldılması yolunda addım atmaq niyyətində deyil. İran-İraq müharibəsi veteranı və İnqilab qvardiyasının sabiq üzvü Amerikanın istəyinə boyun əymək istəmir.

Amerikanın İrana qarşı hərbi əməliyyatlara əl ata biləcəyinə dair söhbətlər gəzsə də, Buş administrasiyası bunun nəzərdə tutulmadığını deyir. Bununla belə, ABŞ administrasiyası İranda siyasi dəyişiklik görmək istədiyini də gizlətmir.

XS
SM
MD
LG