Rusiya prezidenti Vladimir Putin dünya şöhrətli violonçelist və insan haqları müdafiəçisi Mstislav Rostoproviçi Moskva xəstəxanasında ziyarət edib.
Rusiyada səfərdə olan 79 yaşlı violonçelist və dirijor müalicə üçün xəstəxanaya gətirilib. Musiqiçinin sözçüsü bu gün bildirib ki, onun vəziyyəti yaxşılaşır və həyatı üçün təhlükə yoxdur.
Vaşinqton Milli Simfonik Orkestrinin dirijoru olan Rostropoviç xəstəliyə görə Birləşmiş Ştatlara səfərini təxirə salıb.