Fransa rəsmiləri bildiriblər ki, terrorçuluğu himayə etdiyindən şübhələnilən 13 Türkiyə kürdü nəzarət altına alınıb. Polisin verdiyi məlumata görə onların qısa adı PKK olan Kürdistan Fəhlə Partiyasını maliyyələşdirmək üçün çirkli pulların yuyulması fəaliyyətlərində iştirakından şübhələnilir.
Məlumatda deyilir ki, Paris yaxınlığındakı əməliyyat keçən İyul ayında iki Kürdün həbs edilməsindən bəri davam edən araşdırmalardan sonra həyata keçirilib. Həmin iki Kürd 200 min nəqd avronu başqa ölkələrin pullarıyla dəyişməyə çalışdıqları vaxt həbs olunmuşdular.