Accessibility links

Əfqanıstan prezidenti barışığa çağırır


Əfqanıstan prezidenti Həmid Karzai bir daha Taliban yaraqlılarını barışıq danışılarına çağırıb. Bu gün Kabildə şiə məscidində toplaşan insanlar qarşısında çıxış edən prezident Talibanın adını çəkməsə də, qan axıdılması və dağılma tərəfdarı olanları düşmən adlandırıb. Qeyd edək ki, Həmid Karzai əvvəllər də belə çağırışlar etmiş, lakin Taliban liderləri bu çağırşları qəbul etməmişdi.

Əfqanıstanda ötən il ABŞ, NATO və Əfqanıstan qüvvələrinə qarşı hücumlar vüsət almışdı. Zorakılqılar 4 000-dən artıq adamın ölümü ilə nəticələnmişdi.

XS
SM
MD
LG