Accessibility links

Dünya İqtisadi Forumu İsveçrənin Davos şəhərində davam edir


İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu ikinci gündür ki, öz işini davam etdirir. Forumda 90 ölkənin yüksək səlahiyyətli rəsmiləri iştirak edir. Forumda Yaxın Şərq sülh prosesi və qloballaşma da daxil edilməklə, müxtəlif beynəlxalq məsələlər müzakirə olunur.

Almaniya kansleri Angela Merkel dünən Forumun açılışı münasibəti ilə etdiyi çıxışında ticarətin liberallaşdırılmasına çağırıb və söyləyib ki, heç kim qloballaşmadan qorxmamalıdır. Sənayeləşmiş ölkələrin adından çıxış edən xanım Markel deyib ki, ticarət qaydalarının ədalətli olması bütün ölkələrin xeyrinədir.

XS
SM
MD
LG