Accessibility links

Aclıq edən siyasi məhbusu soyuq kamerada saxlayırlar


Beynəlxalq Amnistiya təşkilatı Ərdəbil həbsxanasında aclıq aksiyası keçirən Abbas Lisaninin səhhətinin durumu ilə bağlı narahatlığını ifadə edib və təcili tədbir kampaniyasına başlayıb.

Təşkilatın cümə günü yaydığı bəyanatda yanvarın 1-dən aclıq edən Abbas Lisaninin ailəsi ilə təmaslarının məhdudlaşdırıldığı, son günlərdə isə onun qızdırılmayan təkadamlıq kameraya keçirildiyi bəyan edilir. Həmin kamerada gecə tempreatur mənfi 10 dərəcəyə çatır.

Abbas Lisaninin vəkili, Məhbus Hüquqlarını Müdafiə Cəmiyyətinin direktoru Məhəmmədreza Fəqihi servisimizə müsahibəsində Abbas Lisaninin aclıq aksiyasına onun ailəsi ilə qanunla nəzərdə tutulmuş görüşlərinin qadağan olunması səbəbilə başladığını dedi.

Vəkil Abbas Lisaninin işinin hal-hazırda Tehranda Ali Məıhkəməyə göndərildiyini bildirdi.

Cənab Fəqihi ümid edir ki, Abbas Lisaninin günahsız həbsə atıldığı həmin məhkəmədə sübuta yetiriləcəkdir.

Amnesty İnternational Lisaninin qan təzyiqinin aşağı düşdüyü və təngnəfəs olduğu barədə xəbərlərin olduğunu bildirilir.

Kanadalı hüquq müdafiəçisi, Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının rəhbəri Faxtə Zamani isə cənab Lisaninin vəziyyətinin ağır olmasına baxmayaraq, ölümə qədər aclıq aksiyasını dayandırmayacağını bəyan etdiyini bildirib.

Başqa bir fəal – 19 yaşlı Bəhruz Əlizadənin Ərdəbil məhbəsinin təhlükəli cinayətkarlar üçün nəzərdə tutulan birinci bölümünə köçürüldüyü bildirilir. Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sədri Faxtə Zamani bu həftə «Amerikanın Səsi»nə verdiyi müsahibədə bildirib ki, ailəsinin yeganə qazanc mənbəyi olan Bəhruz Əlizadənin həbsindən sonra onun ailəsi ehtiyac içində yaşayır.

XS
SM
MD
LG