Accessibility links

Quş qripi virusundan ölənlərin sayı artır


İndoneziyanın Səhiyyə Nazirliyinin bildirdiyinə görə, ölkədə quş qripi səbəbi ilə ölənlərin sayı 62-yə çatıb. Nazirlik 19 yaşlı qızın H5N1 virusu ilə dünyasını dünən Qərbu Cava adasında dəyişdiyini elan edib. Misir mətbuatı Səhiyyə Nazirliyinə istinadən dünən Qahirə xəstəxanasında 27 yaşlı qadının quş qripindən vəfat etdiyini xəbər verir. Beləliklə Misirdə xəstəlik səbəbi ilə ölənlərin sayı 11 olur. Cənubi Koreya quşçuluq fermasında quş qripinin aşkar edildiyini təsdiq edib. Bu, ötən noyabr ayından ölkədə qeydə alınan 5-ci hadisədir. 2003-cü ildən etibarən dünyada bu xəstəliyin qurbanlarının sayı 150-i aşıb.
XS
SM
MD
LG