İraq hökuməti Saddam Hüseynin iki yardımçısının 1982-ci ildə 148 Şiənin öldürülməsindəki rollarına görə verilmiş edam cəzasının yerinə yetirildiyini bildirib. İraq hökumətinin sözçüsü Səddam Hüseynin qardaşlığı Barzan əl Tikriti və İraq İnqilab Qvardiyalarının keçmiş komandanı Avad Haməd əl Bandarın bu gün səhər tezdən edam olunduqlarını təstiq edib. Onların edamı Səddam Hüseynin edamından iki həftə sonraya təsadüf edir.
ABŞ Dövlət Katibi Kondoliza Rays edamların İraq hökuməti tərəfindən həyata keçirildiyini söyləyib. O deyib ki, Dekabr ayında Səddam Hüseynin edamı ləyaqətə təhqir olmadan həyata keçirilməliydi. Avropa Komissiyasının Prezidenti Hoze Mannuel Barroso Romada edamları tənqid edib və deyib ki, heçkimin başqa bir insanın həyatına son qoymaq hüququ yoxdur.
İraqın Sünnü vitse prezidenti Tariq əl Haşimi də Səddam Hüseynin keçmiş yardımçılarının edamını tənqid edib. O söyləyib ki, edamlar hökumətin təriqətlər arasında barışığa nail olunması səylərinə zərər veririr. O Britaniyanın Skay Nyüs kanalına verdiyi müsahibədə deyib ki, siyasi prosesdə daha geniş iştirakın təmin olunması üçün edamların həyata keçirilməməsini arzu edərdi.