Accessibility links

İraq prezidenti Suriyaya səfər edəcək


Iraq prezidenti Cəlal Təlabani bu gün Suriya paytaxtı Dəməşqə səfər edəcək. Bu, İraq prezidentinin son 30 ildə Suriyaya ilk səfəridir. Cənab Təlabani Suriya prezidenti Bəşar əl Əsədlə təhlükəsizlik və ticarət mövzularında danışıqlar aparacaq.

Qeyd edək ki, Bağdad və Dəməşq 26 illik fasilədən sonra noyabr ayında diplomatik münasibətləri bərpa ediblər. Səddam Hüseyn İraq prezidenti olarkən İranla müharibəsində Suriyanın Tehranı dəstəklədiyinə görə onunla əlaqələri kəsmişdi.

İraq rəsmiləri deyirlər ki, prezident Təlabani cənab Əsəddən Suriyanın sərhədlərinə nəzarət etməyi xahiş edəcək. Vaşinqton Suriyanı xarici qiyamçıların İraqa daxil olmasına şərait yaratmaqda ittiham edir.

XS
SM
MD
LG