Accessibility links

Afinadakı ABŞ  səfirliyinə raket hücumuyla əlaqədar dəlillər araşdırılır


Afinada dünən ABŞ səfirliyinə raket hücumuyla əlaqədar dəlillərin araşdırılması davam edir. Bu hücum Yunanıstanda ifrat solçu militant qrupların yenidən fəallaşması barədə narahatlığa səbəb olub.

Yunanıstanın mütəxəssisləri hücumda, 1970-ci illərdən qalan Çin istehsalı raketdən atılan qumbaradan istifadə olunduğunu müəyyənləşdiriblər. İnqilabi Mübarizə adlı bir qrup hücumun məsuliyyətini öz üzərinə götürüb və polis bu iddianın doğru olub olmadığını araşdırır. Həmin ifrat solçu qrup 2003-cü ildən bəri bir neçə hücum həyata keçirib.Yunanıstanın daxili işlər naziri deyib ki, hücum görünür daxili qrupların terror aktıdır. Vaşingtonda ABŞ rəsmiləri də bildiriblər ki, ilkin məlumatlara görə hücumda beynəlxalq qruplar iştirak etməyib.

XS
SM
MD
LG