Accessibility links

İraqın sabiq liderlərinin məhkəməsi bərpa olunub


1980-ci illərdə kürdlərin kütləvi qırğınında günahlandırılan İraqın sabiq liderlərinin məhkəməsi bu gün bərpa olunub. Müttihimlər arasında “Kimyaçı Əli” adı ilə tanınan, Səddam Hüseynin qohumu Həssən əl Məcid də var. Qeyd edək ki, bu şəxslər keçmiş hökumətin “Ənfal” adlandırdığı kompaniyada iştirak edərək, 180 min İraq kürdünün qətlində əlləri olduğunda günhalandırılır. Bu gün keçirilən məhkəmədə Həssən ƏL Məcidin soyqırım göstərişi ilə səsi yazılan kaset səsləndirilib.

Prezident Buş isə İraqla bağlı çoxdan gözlənilən çıxışını çərşənbə axşamı etməlidir. Administrasiya rəsmiləri bildirirlər ki, prezidentin planına İraqdakı ABŞ qüvvələrinin sayının artırılması da daxildir.

Amerika prezidenti Birləşmiş Ştatların İraqdakı səfiri Zalmay Xəlilzadı ABŞ-ın BMT-dəki səfiri vəzifəsinə namizəd göstərməlidir. Ağ Evin bildirdiyinə görə, səifr Xəlilzadı ABŞ-ın Pakistandakı səfiri Rayan Kroker əvəz edəcək.

XS
SM
MD
LG