İraq rəsmilərinin bildirdiyinə görə, Bağdad Beynəlxalq Hava Limanına işçilərini aparan avtobosun silahlı şəxslər tərəfindən pusquya salınması nəticəsində azı 9 nəfər qətlə yetirilib, 10 nəfər isə yaralanıb. Rəsmilər deyirlər ki, avtobosdakı sərnişinlərin çoxu şiələr olub. Hadisə Bağdadın sünnilərin çoxluq təşkil etdiyi ərazisində baş verib.
İraqın təhlükəsizlik qüvvələrinin verdiyi məlumatda isə bildirilir ki, Bağdadda dünəndən bəri həyata keçirilən bir sıra reydlər nəticəsində 23 yaraqlı öldürülüb.
ABŞ-ın İraqdakı rəsmiləri bildirirlər ki, Bağdadın şimalında iki Amerika əsgəri həlak olub.