Prezident Buş qarşıdan gələn Milad bayranmını qeyd edən amerikalıları ölkəyə etdikləri xidmətə görə hərbçilərə minnətdarlıqlarını bildirməyə çağırıb.
Bu gün həftəlik müraciətində cənab Buş hərbçiləri əmin edib ki, hakimiyyətdəki dəyişikliklərə baxmayaraq dövlətin orduya və onun İraqda gördüyü işlərə dəstəyi dəyişməz olaraq qalır.
Prezidentin bəyanatı Yanvardan işinə başlayacaq Konqresdə demokratların üstünlüyü və yeni müdafiə naziri Robert Geytsin işə başlaması ilə bağlı olub.
Buş bildirib ki, Amerikanın hər yerindən xeyriyyə təşkilatları xidmət edən əsgərlərə hədiyyələr göndərir, hospitallara baş çəkir və əsgərlərin uşaqlarını sevindirməyə çalışır.
Demokratların cavabını təqdim edən radiomüraciətdə senator Evan Bay prezidentin fikirlərinə səs verib. O, ABŞ ordusunun ölkənin xeyir-duasına layiq olduğunu və özünün də xidmətdə olan əsgərlər və onların ailələri üçün dua etdiyini deyib.