Accessibility links

Şimali Koreyanın nüvə proqramı ilə bağlı danışıqlar nailiyyətsiz olub


Şimali Koreyanın nüvə proqramı ilə bağlı altıtərəfli danışıqlar heç bir nailiyyət əldə edilmədən və gələcək müzakirələrə vaxt təyin edilmədən başa çatdırılıb. 5 gün sürən Pekin müzakirələri keçən oktyabr ayı Pxenyanın nüvə sınağı keçirməsindən sonra ilk danışıqlar idi. Yaponiyanın baş naziri Şinzo Abenin bildirdiyinə görə, beynəxlaq ictimaiyyət Şimali Koreyaya qarşı təzyiqlərini artırmaq niyyətindədir. 2005-ci ildə silahsızlaşma vədini edən Pxenyan ABŞ-ın iqtisadi sanksiyaları ləğv edilməyincə, heç bir şərtə əməl etməyəcəyini bildirir. Bu gün Cənubi Koreyanın prezidenti Roh Mun Şimali Koreyanın təkr-silah edilməsinə nail olunmamasına görə ABŞ-ı günahlandırıb.

XS
SM
MD
LG