Accessibility links

Tələbələrin aclıq aksiyası davam edir


Bakıda Müsavat partiyasının qərargahında tələbələrin aclıq aksiyasının 32-ci günü başa çatır. 75 tələbənin müəyyən müddətlərdə qoşulduğu bu aksiyanın tələbi 2004-cü ildə testdən kənar Müstəqil Azərbaycan Universitetinə qəbul olanların bu universitet bağlandıqdan sonra başqa təhsil müəssisələrinə keçirilməsidir.

Tələbələrin hüquqlarını müdafiə komitəsinin sədr müavini Vüqar Süleymanov Amerikanın səsinə müsahibəsində ölüm aclığına başlayaraq ağzını tikən üç tələbənin bu gün aclığı dayandırdığını bildirib. Müsahibəni audio-formatda dinləyin.

XS
SM
MD
LG